Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bütün sahələr üzrə əməkdaşlıq bundan sonra da uğurla həyata keçiriləcək.
RegionTV.info xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev ilə görüşündə deyib.
Baş konsul bildirib ki, qarşılıqlı əlaqələr səmərəli və faydalı olacaq.
Qeyd olunub ki, hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının ölkələrimiz arasında viza sahəsində də əməkdaşlığın dəyərləndirilməsi və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.