Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Almaniyada aptekdə iki nəfəri girov götürən şəxs saxlanılıb - YENİLƏNİB

Almaniyanın Karlsrue şəhərində aptekdə iki nəfəri girov götürən şəxs saxlanılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə polis tviterdə məlumat yayıb.

Yerli vaxtla saat 21:10-da (Bakı vaxtı ilə saat 00:10) xüsusi təyinatlılar aptekə daxil olaraq həmin şəxsi yaxalayıblar.

"Hazırda binada axtarış aparılır", - polisdən bildiriblər.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, dünən səhər saatlarında naməlum şəxs Karlsruedə aptekdə insanları girov götürüb.

00:34

Almaniyanın Karlsrue şəhərində naməlum şəxsin iki nəfəri girov saxladığı aptekə taktiki geyimdə olan bir neçə polis məmuru hücum etməyə başlayıb.

RegionTV.info-nun xəbərinə görə, bu barədə “Reuters” hadisə şahidinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat aparılan ərazidə partlayış səsləri eşidilir. Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, naməlum şəxs aptekdə 2 nəfəri girov götürüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də