Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden: “AK və ABŞ ümumi enerji təhlükəsizliyini yaxşılaşdırdı”

“AK və ABŞ ümumi enerji təhlükəsizliyini yaxşılaşdırdılar”.

RegionTV.info  xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tviter hesabında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşü ilə bağlı yazıb.

“Xanım Prezident (Avropa Komissiyasının Prezidenti), sizi yenidən Ağ Evdə görməkdən həmişə məmnunam.

Aİ və ABŞ bizim birlikdə ümumi enerji təhlükəsizliyimizi, iqtisadi təhlükəsizliyimizi və milli təhlükəsizliyimizi yaxşılaşdırdılar.

Ümid edirəm ki, növbəti illərdə daha da böyük nailiyyətlər əldə edəcəm”, - Bayden qeyd edib.

ABŞ Prezidenti və Avropa Komissiyasının rəhbəri Ağ Evdə görüş zamanı Rusiyanın genişmiqyaslı hərbi hücumu fonunda Ukraynaya yardımın dəstəklənməsini müzakirə ediblər.

Bu barədə isə Avropa Komissiyasının rəhbəri tviterdəki hesabında yazıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də