RegionTV.info
Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.
Bu barədə “Haber Global”dan bildirilib.
Məlumata görə, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.
Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb. "Habertürk" saxlanılanların sayının 5 nəfər olduğunu bildirib.
Atışmanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Faktla bağlı təhqiqata başlanılıb.