Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azad olunmuş ərazilərdə 37 SES-in tikintisi və bərpası planlaşdırılıb

İşğaldan azad olunmuş ərazilərdə ümumi gücü 240 meqavat olan 37 kiçik su elektrik stansiyasının tikintisi və bərpa olunması nəzərdə tutulub.

RegionTV.info  xəbər verir ki, bunu Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, artıq ümumi gücü 20 meqavat olan kiçik su elektrik stansiyası istifadəyə verilib, 7-si isə test rejimində istismar olunur və onlar qısa müddətdə istifadəyə veriləcək.

Bundan başqa, hazırda Zəngilan rayonunda hər birinin gücü 10,5 meqavat olan 4 ədəd su elektrik stansiyasının bərpası işləri davam etdirilir, Laçın rayonunda 3 elektrik stansiyasının bərpası aparılır.

Ələsgər Həsənov onu da əlavə edib ki, 19 su elektrik stansiyasının investisiya müsahibəsinə çıxarılaraq bərpası nəzərdə tutulur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də