Bakıda idman zalında ölüm hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zalda qeydə alınıb.
1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.