RegionTV.info
Gəncə şəhərində son 20 ildə yaşayış binalarının tikintisinin artması müşahidə olunur. Artan tələbat səbəbindən tikinti üçün icazə verilən torpaq sahəsi hər kəs üçün kifayət deyil.
Belə ki, Gəncəətrafı qəsəbələrdə yaşamaq istəyənlər özlərinə mümkün, hətta qeyri-qanuni yollarla olsa da belə yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə ev tikməyə çalışıblar.Bəs, bu torpaqlarda vətəndaşlarımızı elektrik enerjisi ilə təminatı nə cür icra edilir? Bu işlərdə kimlərdir müqəssir? Yüksək gərginlikli elektrik xətlərinin altında ev tikən şəxs, yoxsa həmin yerdə ev tikməyə icazə verən məmur? Bu sual az qala Hamletin “Olum, ya ölüm?” sualı qədər populyardır və onun ətrafında da uzun illərdir ki, mübahisələr səngimir. Cavablar da müxtəlifdir. Özünün, ailəsinin sağlamlığına etinasız yanaşaraq təhlükəli ərazidə ev tikənləri qınayanlar da var, nəyinsə müqabilində buna göz yuman məmuru vicdansızlıqda ittiham edənlər də…
Belə ki, Gəncə şəhərinin bəzi ərazilərində eləcə də Məmmədtağı Cəfərov kücəsində yüksək gərginlikli elektrik xətləri altında tikilmiş evlərin sakinləri daim təşviş və qorxu içində yaşayırlar.Səbəb nə olursa olsun, böyük təhlükənin yarandığı fakt olaraq qalır.
Gəncə sakini “Azərİşıq” ASC-nin Qərb Regional İdarəsini Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqda ittiham edir.
Bu haqda Gəncə şəhəri Muxtar Hacıyev küçəsində yaşayan Niyazov İlqar Məcid oğlu tərəfindən vido-şikayət göndərilib.
Belə ki, şikayətçi qeyd edir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tikinti aparılarkən 35 kilovoltluq elektrik xətlərinin altında təhlükəsizlik zonası bütün istiqamətlərdə ən azı 15 metr, 110 kilovoltluq elektrik xətlərinin altında ən azı 25 metr, 330-500 kilovoltluq elektrik xətlərinin altında isə 30 metr nəzarət məsafəsi təyin edilir.Amma Gəncə şəhərində bu qaydalara heç bir dövlət qurumu tərəfindən rəayyət edən yoxdur. Kim harada ev tikirsə tikir.
Elə sözügedən M.Hacıyev kücəsində 110 min kvt-lıq eləcə də 6 min kvt-lıq xətlərin altında qeyri-qanuni tikilmiş evlərə hətta sayğaclarda verilir.Amma şikayətçi 5 ildir ki,öz evini elektrik enerjisi ilə təmin edə bilmir.Kimə,hara şikayət edirsə bir nəticə yoxdur.
Səsəb isə çox sadədir.Ondan nə az, nə çox 1500 manat pul tələb edilməsi iddia olunur.
Redaksiya olaraq innaırıq ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sözügedən ərazidə yaşayan şikayətçinin elektrik enerjisi ilə təmin edilməsində probleminin həll edilməsində aidiyyatı üzrə müvafiq göstərişlər verəcəkdir.
Səsləndirilən ittihamlarla bağlı qarşı trərəflərin də mövqelərini işıqlandıra bilərik.
Gəncə sakinin video-şikayətini təqdim edirik:
Dünyanınsəsi.Az