Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tahir Kərimlinin qaldırdığı məsələlərin əksəriyyətinə hökumətin hesabatında cavab verilib

RegionTV.info

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkili Tahir Kərimlinin bir sıra problemlərlə bağlı Milli Məclisdə qaldırdığı məsələlərin çoxuna AR Nazirlər Kabinetinin 2022-ci ildə Fəaliyyəti Haqqında Hesabatında cavab verilib.

 

Məlumatda bildirilib ki, şəhid adlarının məktəblərə və küçələrə verilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdir olunması haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə tənzimlənir.

 

Həmin Qərarın 3-cü bəndinin 3-cü müddəasinida şəhid statusuna malik şəxsin adının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının Nazirlər kabineti qarşısında vəsatət qaldırması təsbit edilmişdir. Eyni zamanda, həmin şəhid Azərbaycanın Milli Qəhrəmanı olmalı və ya Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunmalıdır.

 

Məktəbələrə şəhid adlarının verilməsi ilə bağlı yerli icra hakimiyyətlərinin müraciətləri Elm və Təhsil Nazirliyi tərəfindən dərhal araşdırılır, aidiyyəti üzrə məktəblərdən və yerli təsili idarəetmə orqanlarından məlumatlar toplanaraq təhlil edilir, rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

 

Özəlləşmə məsələləri ilə bağlı bildiririk ki, AR Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamə ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Prqoramı” təsdiq edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası və inteqrasiyası sahəsində tədbirlərin sözügedən dövlət proqramı çərçivəsində həyata keçirilməsinə başlanılmışdır.

 

Regionlarda kəndlərarası və qəsəbələr arası avtomobil yollarının tikintisi, bərpası və yenidənqurulması məqsədilə hər il Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan, dövlət büdcəsindən və dövlət əsaslı vəsait qoyuluşu xərclərindən müvafiq məbləğlərdə vəsaitlər ayrılır və nəzərdə tutulmuş işlər mərhələli şəkildə davam etdirilir.

 

Bu istiqamətdə işlərin növbəti illərdə də davam etdirilməsi məsələsinə sifarişçi təşkilatlar tərəfindən təqdim olunan investisiya təklifləri əsasında dövlət büdcəsinin imkanları çərçivəsində baxılır.

 

Ağsu rayonunun Qəşəd kəndi ərazisində hazırda rabitə xidmətlərinin göstərilməsi üçün GPON texnologiyasının tətbiqi üzrə tikinti işləri aparılır. Rayonun R.Nağıyev adına Ağabəyli kənd tam orta məktəbi simsiz rabitə kanalı vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internet şəbəkəsinə çıxışla təmin edilmişdir. Bununla yanaşı, Şamaxı rayon G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbi ADSL rabitə kanalı vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internet şəbəkəsinə çıxışla təmin edilmişdir. Ağabəyli, Axundlu və Məlikçobanlı yaşayış mənqələrində GPON texnologiyasının tətbiqi üzrə işlərin 2023-cü ildə icra edilməsi nəzərdə tutulmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 May tarixli 150 nömrəli Sərəncamına əsasən ümumi uzunluğu 15.0 km olan,   Muğanlı-İsmayıllı (7km) Xatman-Hacman-Kalva-suraxanı avtomobil yolu əsaslı şəkildə təmir olunaraq istismara verilmişdir.

 

Göydəlləkli və Qaraqoyunlu avtomobil yollarının əsaslı təmiri 2022-ci ilin investisiya prqoramında nəzərdə tutulmuş, ümumi uzunluğu 26.4 km olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə (19 km)-Ərəbmehdibəy-Dədəli-Qasımbəyli-Xəlilli-Mustafalı-Göydəlləkli-Təklə-Dəllər-Qaraqoyunlu-Kəndoba marşurutu üzrə avtomobil yolununu tikintisi layihəsinə daxil edilmiş, sözügedən yolda tikinti işlərinə başlanılmışdır.

 

Bico, Ləngəbiz və Ərəbuşağı yaşayış mənqələri ilə nəqliyyat əlaqəsini təmin edən avtomobil yollarının əsaslı təmiri 2023-2026-cı illərin fəaliyyət planında nəzərdə tutulmuş, bununla bağlı tikinti işlərinin  investisiya proqramına daxil edilməsi üçün təkliflər adiyyəti orqanlara təqdim olunacaqdır.

 

 Ağsu-İsmayıllı rayonlarının ümumi təhsil müəssisələrində xarici dil (ingilis, fransız) üzrə 2022-ci il müəllimlərin işə qəbulu müsabiqəsinə 57 vakansiya elan edilmiş və 37 vakansiya müsabiqə nəticəsində tutulmuşdur. Boş olan vakansiyaların kadrla təmin olunması məqsədilə yaxın məktəblərdən əvəzçilik qaydası ilə müəllim cəlb olunmuşdur.

 

Ağsu rayon Mərkəzi Xəstəxanasının strukturuna kənd həkim və kənd tibb məntəqələri daxildir. Həkimlər tərəfindən müraciət edildikdə onların işlə təmin olunması üçün xəstəxanalara müvafiq göstərişlər verilir. Kadr çatışmazlığının aradan qaldırılması və rezidentura təhsilini bitirmiş həkim mütəxəssislərin vakant təyin edilməsi üçün boş olan vəzifələrin siyahısı aidiyyəti üzrə hər il təqdim edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də