Ötən il Azərbaycanda etik davranış qaydalarını pozduğu üçün cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.
RegionTV.info xəbər verir ki, etik davranış qaydalarını pozduğu üçün 186 əməkdaşa intizam tənbehi verilib.
Onlardan 23-ü daxili işlər orqanlarında xidmətdən xaric olunub, 22-i tutduğu vəzifədən azad edilib, 141-i barəsində digər məsuliyyət tədbirləri görülüb.