
Region.tv.info xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişiyev deyib.
O bildirib ki, son günlər koronavirusun yeni ştammının təhlükəsi insanları narahat edir:
"Bir sıra ölkələrdə virusun mutasiyaya uğramış yeni forması aşkar olunsa da, hələ ölkəmizdə rast gəlinməyib. Xarici ölkələrdən respublikamıza gələn hər bir şəxs koronavirusun bütün ştammlarına qarşı tam müayinədən keçirilir".
Həkim-infeksionist insanları təşvişə düşməməyə çağırıb, profilaktik tədbirlərin vacibliyini vurğulayıb.
Qeyd edək ki, koronavirusun yeni variantına ilk dəfə Böyük Britaniyada rast gəlinib.
VİDEO