Ukraynanın Baxmut şəhəri yaxınlığında, Artemovskdan şimal-qərbdə yerləşən Dubovo-Vasilevka kəndi Rusiya qüvvələrinin nəzarətinə keçib.
RegionTV.info xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.
Vaqner özəl hərbi şirkətinin (PMC) rəhbəri Yevgeni Priqojin qəsəbənin Rusiyanın nəzarətinə keçdiyini açıqlayıb:
“Dubovo-Vasilevka tamamilə Vaqner PMC-nin nəzarəti altındadır. Kənarda döyüşlər gedir. Qəsəbənin bütün ərazisi bizim əlimizdədir”.