Martın 9-na keçən gecə Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
RegionTV.info xəbər verir ki, bir sıra rayonlarda partlayış səsləri eşidilib.
Odessa vilayətində və Xarkovda enerji obyektlərində partlayışlar olub.
Kiyev vilayətində də hava hücumu təhlükəsi barədə xəbərdarlıq edilib.
"Hava Hücumundan Müdafiə Qüvvələri həyəcan vəziyyətindədir. Hava hücumu bitənə qədər sığınacaqlarda və ya təhlükəsiz yerlərdə qalın", - deyə Kiyev hərbi adminstrasiyasından bildirib.
Bəzi bölgələrdə partlayışlardan dərhal sonra elektrik enerjisi kəsilib.