BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb.
RegionTV.info xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, hamını gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır”-deyə, o bildirib.
BMT Baş katibi hesab edir ki, ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin işinin və insanların dinc etiraz aksiyaları keçirmək hüququnun təmin edilməsi vacibdir.