Gürcüstanda xüsusi təyinatlı qüvvələr Tbilisidə etirazçıları parlament binasının qarşısından su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək tamamilə dağıdıblar.
RegionTV.info xəbər verir ki, etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqan binasının darvazalarına yaxınlaşıblar. Təhlükəsizlik qüvvələri etirazçıları qovmaq üçün parlamentin həyətindən su buraxıb.
Xüsusi təyinatlılar iki istiqamətdən – “Azadlıq” meydanı və “9 aprel” küçəsindən irəliləyərək gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə ediblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları səsgücləndirici vasitəsilə etirazçılardan dağılışmağı tələb ediblər. Bir müddət sonra xüsusi təyinatlılar etirazçıları parlamentin qarşısındakı meydandan tamamilə dağıda biliblər.
İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Polis həbslərə başlayıb, lakin bu, hələ ki, geniş miqyas almayıb.
Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb.
Etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb. Təhlükəsizlik qüvvələri parlamentin həyətindən su şırnaqları ilə onları qovmağa çalışıb.
Gürcüstan parlamentinin qarşısında "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq yenidən minlərlə insan etiraza qalxıb, saxlanılanlar var.
RegionTV.info xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan hakimiyyətinə iki tələb irəli sürüblər. “Gürcü arzusu” dərhal Rusiya qanunlarını parlamentdən geri götürməli və dünən qanunsuz olaraq saxlanılan bütün şəxsləri azad etməlidir.
Qeyd edilir ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən daha 10 etirazçı saxlanılıb.
Xatırladaq ki, martın 7-də keçirilən etirazlar zaman polislə qarşıdurmalar yaşanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “xarici agentlər haqqında” qanunun qəbuluna etiraz edən 66 nəfər inzibati qaydada saxlanılıb.