"Bu il Azərbaycanın dəstəyi olmasaydı, Avropada enerji sabitliyi olmazdı".
RegionTV.info xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Boris Tadiç martın 9-da işə başlayacaq X Qlobal Bakı Forumu ərəfəsində keçirilən mətbuat konfransında deyib.
“Bu il forumda iştirak etməkdən şadam. Xüsusilə də enerji təhlükəsizliyi və geostrategiya baxımından Azərbaycanın bu il dünya miqyasında çox mühüm rol oynadığını vurğulamalıyam. Onun son dövrlərdə hansı çətinliklər, böhranlarla üzləşdiyini bilirəm. Amma bu illər ərzində Azərbaycan inkişaf edib, bu çətinliklərinin öhdəsindən gəlib və böyük işlər görüb. Xüsusilə bu il ölkəniz Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayıb. Azərbaycan olmasaydı, Avropada enerji sabitliyi olmazdı, böyük problemlərlə üzləşərdik”, - o vurğulayıb.