Azərbaycanla Ermənistan arasında sülh prosesində biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir.
RegionTV.info xəbər verir ki, bu fikirləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında səsləndirib.
E.Levits qeyd edib: “Belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın”.