Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-ın neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalıb

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalaraq martın 3-nə 478,5 milyon barel təşkil edib

RegionTV.info  xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ehtiyatların hazırkı səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta göstəricidən təxminən 7% çoxdur.

Bakı vaxtı ilə saat 19:35-ə olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçersləri 0,35 % ucuzlaşaraq 1 barel üçün 83 dollar təşkil edib. Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin aprel fyuçersləri 0,64% ucuzlaşaraq 1 bareli 77,08 dollar olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də