Sakit okeanda Kamçatka sahillərində 6,1 maqnitudalı zəlzələ olub.
RegionTV.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Geoloji Xidməti yayıb.
Yerli vaxtla saat 18:03 radələrində baş verən zəlzələnin ocağı Petropavlovsk-Kamçatskdan 340 km uzaqlıqda, 58,8 km dərinlikdə yerləşib. Sakinlər iki təkan hiss ediblər. Bunlardan ikincinin daha güclü olduğu bildirilir.