RegionTV.info
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında Rustaveli prospektindən qanunverici orqanın yaxınlığında quraşdırılmış dəmir hasarı söküblər.
Bu barədə yerli mətbuatdan bildirilib.
Qeyd edilir ki, aksiyaçılar xüsusi təyinatlıların səfərbər olunduğu parlamentin mərkəzi dəmir qapılarına çatıblar.
KİV-in məlumatına görə, polis etirazçılara qarşı bibər qazı və su şırnaqlarından istifadə etməkdə davam edir. Amma buna baxmayaraq etirazçılar meydanı tərk etmirlər.