ABŞ ordusu Ukraynanın istifadə etdiyi MiQ təyyarələrində qabaqcıl “hava-hava” raketlərindən istifadə etməyi düşünür.
RegionTV.info xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ Müdafiə Nazirliyinin iki əməkdaşına və başqa mənbəyə istinadən məlumat yayıb.
ABŞ rəsmiləri ABŞ istehsalı olan F-16-lar kimi Qərb qırıcıları üçün nəzərdə tutulmuş AIM-120 orta mənzilli “hava-hava” raketlərinin Ukrayna hərbçilərinin istifadə etdiyi MiQ təyyarələrində quraşdırılıb-quraşdırıla bilməyəcəyini araşdırır.
Bununla belə, “Politico”nun mənbələrinə görə, sistemlərin inteqrasiyasında bəzi texniki çətinliklər var.
Texniki çətinliklər aradan qaldırılsa, bu, ABŞ-ın Ukrayna aviasiyasına “hava-hava” tipli raketlərdən istifadəsinə ilk dəfə imkan verəcək.