Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin Ukrayna hərbçiləri üçün təlimlərin genişləndirildiyini açıqlayıb.
RegionTV.info-nun məlumatına görə, Kanada ukraynalı hərbi mühəndislərin hazırlığı da davam etdiriləcək.
Qeyd edilir ki, Kanada ukraynalı müdafiəçilərə taktiki tibb öyrətməyə başlayacaq.
“Biz ən azı payıza qədər UNIFIER əməliyyatının bir hissəsi kimi mühəndislər hazırlamağa davam etdirəcəyik, həmçinin, Ukrayna qüvvələrinə taktiki tibbi bacarıqlarla kömək etmək üçün Kanada Silahlı Qüvvələrinin üzvlərini göndəririk”, - Trüdo bildirib.
Bundan əlavə, Kanada Ukrayna ərazilərinin minalardan təmizlənməsi üçün 3 milyon dollar ayıracaq. Həmçinin, ölkə Aİ ilə birlikdə enerji avadanlıqlarının Ukraynaya çatdırılması üzərində işləyəcək.