Sumqayıtda şirkətlərin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
RegionTV.info xəbər verir ki, “Azərit” ASC-nin baş energetiki Elxan Misirxanov iş yerində cərəyan vurması nəticəsində dünyasını dəyişib. Onun iş başında olarkən ehtiyatsızlıqdan vəfat etməsi məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə martın 6-sı saat 16 radələrində baş verib və Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır: “Elxan Misirxanovun ASC-yə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir”.