Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məni otelə çağıranda onunla birlikdə olacağımı düşünməmişdim, amma ...

Venesuelalı model Georgilaya "Instagram" hesabından portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə bir gecə keçirdiyini iddia edib. 

RegionTV.info  bildirir ki, Georgilaya iddia edib ki, o, dünya çempionatına getmək üçün Portuqaliyanın Braziliya ilə pley-off oyunundan əvvəl Ronaldu ilə cinsi əlaqəyə girib.

Gənc qadın portuqaliyalı futbolçularla selfi çəkdirdikdən sonra Kriştianu Ronaldudan onu otağına dəvət edən mesaj aldığını bildirib.

"Instagram" fenomeni açıqlamasında bildirir: "Mesajı oxuyanda fikirləşdim ki, ora getsəm, söhbət edərik, bir-birimizi daha yaxından tanıyarıq və daha çox şəkil çəkdirərdik. Bir gecəni birlikdə keçirdik. Məni otelə çağıranda sevişəcəyimizi düşünməmişdim. Mən də buna icazə verdim. Ronaldunun şöhrəti və gücü ilə manipulyasiya edildiyimi hiss etdim". 

Kriştianu Ronaldu isə meneceri vasitəsilə bu açıqlamaya reaksiya verib və Georgilayanın iddialarını qətiyyətlə rədd edib. Portuqaliyanın "Correio da Manha" qəzetinin xəbərinə görə, Ronaldu cəbhəsi "Bu, tamamilə yalan və böhtan xarakterli ittihamdır" deyib. 

"Instagram"da yeni video paylaşmayan Georgilaya bu təkzibə kodlu mesajla cavab verib: "Bu gün ağladığım hər şeyin şərəfinə gülümsəyirəm".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də