
Region.tv.info-nun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Hadisə şahidlərinin dediyinə görə, əks yolda hərəkət edən avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Əhmədov Ramil Mail oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.