İranın 25 əyalətindəki 230 məktəbin 5 mindən çox şagirdi zəhərlənib.
RegionTV.info xəbər verir ki, bu barədə bu gün İSNA İran parlamentinin məktəblərdə kütləvi zəhərlənmənin araşdırılması üzrə komissiyasının üzvü Məhəmməd Həsən Asfariyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, zəhərlənmə halları qızlar arasında çoxdur, baxmayaraq ki, oğlanlar arasında da zəhərlənməsi halları qeydə alınıb.