RegionTV.info
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 46 mini ötüb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında bildirib.
“Biz zəlzələlər nəticəsində 46 104 vətəndaşımızı itirmişik. Fevralın 6-da baş verən ilk zəlzələdən bəri biz - hökumət, bütün idarələr təcili səfərbər olmuşuq”, - deyə o, bəyan edib.
Dövlət başçısı qeyd edib ki, zəlzələ bölgəsində 230 min bina yararsız hala gəlib.