Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təhsillə bağlı VACİB QƏRAR: 8 yanvar-dan etibarən - RƏSMİ

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Region.tv.info bildirir ki, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək.
Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də