Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

25 kiloluq metro paneli sərnişinin qarşısına düşdü

ABŞ-ın Massaçusets ştatında metro stansiyasının çıxışına doğru gedən sərnişin tavandan düşən 25 kiloluq panelin altında qalmaqdan son anda xilas olub.

RegionTV.info  xəbər verir ki, qəza anı stansiyanın təhlükəsizlik kameralarına əks olunub.

Qeyd olunur ki, sərnişin pilləkənlərə tərəf qalxarkən tavandakı panel onun düz qarşısına düşüb və sərnişin bir müddət hadisənin təsirində qaldıqdan sonra yoluna davam edib.

Ölümdən son anda xilas olan sərnişin Cianna Navarro davamlı olaraq ətrafa və tavanlara baxdığını bildirib.

"Fiziki cəhətdən yaxşıyam, amma həqiqətən hadisədən sarsıldım. Sadəcə yeriyirdim və yadımda qalan tək şey tavanın uçmasıdır", - o deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də