Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.
RegionTV.info xəbər verir ki, şəhidin nəşi hazırda Bakı şəhərində yerləşən MİDA yaşayış kompleksindəki evinə gətirilib.
Xatırladaq ki, Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər.
Baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.