Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ - Qarşısı alındı

Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib.

Region.tv.info xəbər verir ki, bu barədə "Mediaport” erməni teleqram kanalı yazır.

Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib.

"10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, – Azərbaycan hərbçiləri ermənilərə belə deyib.

Kanal yazır ki, erməni hərbçilərin olduğu 3 avtobus Gorusdakı "Sünik” (Zəngəzur) restoranının yaxınlığında gözləyirlər.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib, lakin sülhməramlılar bu məsələdə səlahiyyətlərinin olmadığını deyiblər. Ermənistanın hərbi rəhbərliyi də 3 avtobus dolu əsgərlərə Sünikdə gözləmək tapşırığı verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də