Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda daha bir "tiktoker" HƏBS EDİLDİ - FOTO

Masallı rayonunda toy karvanında avtoxuliqanlıq edən daha bir nəfər həbs edilib. 

RegionTV.info  xəbər verir ki, avtoxuliqanlıq edən, tiktoker Şahin Cavadovun saxlanılıb və həbs edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Masallı Rayon Polis Şöbəsində aparılan müvafiq araşdırma nəticəsində sözügedən toy karvanında daha bir sürücünün Masallı rayon sakini Şahin Cavadovun da avtoxuliqanlıq etdiyi müəyyən edilib: 

"Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Masallı rayon məhkəməsinin qərarı ilə həmin şəxs sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib". 

Qeyd edək ki, bir neçə gün əvvəl toy karvanında avtoxuliqanlıq edən və müxtəlif qayda pozuntularına yol verən sürücülərlə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırmanın başlanması və ümumilikdə altı nəfər barəsində inzibati qaydada tədbir görülüb. 

Belə ki, həmin sürücülərdən dördü barəsində inzibati qaydada protokol tərtib edilmiş, ikisi barəsində isə toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, Şahin Cavadov "TikTok" fenomeni kimi tanınır.

 

 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də