Türkiyənin Şanlıurfa vilayətinin şəhər mərkəzində fevralın 6-da zəlzələ zamanı ziyan dəymiş 6 mərtəbəli bina çöküb.
RegionTV.info xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.
Son məlumatlara görə, dağıntılar altında qalanlar var.
Binanın çökməsindən sonra bölgəyə çoxlu xilasetmə və tibbi qruplar göndərilib.