Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qalmaqallı paylaşımın səbəbi bəlli oldu - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa həyat yoldaşı Aysel İbrahimova "Səs Azərbaycan: Doğma nəğmələr" yarışmasına qatılıb.

RegionTV.info   xəbər verir ki, o, münsif kürsüsündə oturan aşıq Samirə Əliyevanın komandasında olmağı seçdikdən sonra Hüseyn instaqramda "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözlərini yazmışdı. Uzun müddət keçsə də tərəflər bu qalmaqalın səbəbini açıqlamamışdı.

"Səs Azərbaycan" müsabiqəsinin ötən gün yayımlanan buraxılışında isə cütlük və aşıq arasındakı qalmaqalın səbəbi üzə çıxıb. Bəlli olub ki, duet qarşıdurma mərhələsində Samirə Ayselə "yox" deyərək yarışmadan uzaqlaşdırıb.

Qeyd edək ki, Aysel bir müddət əvvəl Samirəni Hüseynin dostu olduğu üçün seçdiyini bildirmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də