İtaliyanın şimalındakı Turin şəhərində həbsdə olan ekstremist Alfredo Kospitoya dəstək yürüşü keçirən hüquq-mühafizə orqanları əməkdaşları ilə anarxistlər arasında toqquşma baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, yürüşdə minə yaxın insan iştirak edib. Nümayişçilər bir neçə vandalizm aktı törədiblər: sındırılmış vitrinlər, zədələnmiş avtomobillər və yol nişanları. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib. Zərərçəkənlərin, o cümlədən iki polis əməkdaşının olduğu qeyd edilir. Qəzet yazır ki, 10-a yaxın adam polis bölməsinə aparılıb.