RegionTV.info
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) Dostlar Qrupunun 159-cu üzvü olub.
Bu barədə TÜRKSOY-un mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bununla əlaqədar BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi fevralın 28-də TÜRKSOY-a məktub göndərib.
TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, TÜRKSOY-a üzv ölkələr ilə UNAOC arasında sıx əlaqələr var, onların məqsədi bu əlaqələri ümumi zəmində daha da möhkəmləndirməkdir.
TÜRKSOY-un 30 illik yubileyinin 2023-cü il ərzində qeyd olunacağını deyən Baş katib Raev UNAOC ilə əməkdaşlıq çərçivəsində rəhbərlik etdiyi qurumun dünyanın müxtəlif ölkələrində tanıdılması üçün müxtəlif layihələr həyata keçirməyə hazır olduqlarını bildirib.
Baş katib vurğulayıb ki, bu kontekstdə TÜRKSOY-la UNAOC indiyədək milli və beynəlxalq səviyyədə həyata keçirdikləri fəaliyyətlərlə mədəni diplomatiyanın tərəfdarları kimi güclərini birləşdirəcəklər.
Qeyd edək ki, TÜRKSOY-un Baş Katibliyi 2022-ci ilin iyul ayında UNAOC rəhbərliyi arasında qarşılıqlı məsləhətləşmələr nəticəsində TÜRKSOY-un baş katibi Sultan Raev və UNAOC-ın Ali Nümayəndəsi Migel Angel Moratinos arasında Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Təşəbbüsü Forumunda əməkdaşlıq protokolu imzalanıb.