ABŞ-nin keçmiş prezidenti Donald Tramp əmin edib ki, yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişənin həlli çətin olmayacaq.
RegionTV.info xəbər verir ki, bu barədə siyasətçi yerli telekanallara danışıb.
Onun sözlərinə görə, bunu bir gün ərzində etmək olar və etmək lazımdır.
“Sizi əmin edə bilərəm ki, bu, çətin bir iş olmayacaq. Əgər insanlar nə etməli olduqlarını bilsələr, bu, 24 saat ərzində həyata keçirilə bilər”, - Ağ evin keçmiş rəhbəri vurğulayıb.