Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşıb.
RegionTV.info bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən vətəndaşlarımızın, dağıntılardan ölənlərin sayı 45 min 968-dir. Bunların içində 4 min 267 suriyalı qardaşımız var”, - o vurğulayıb.
Süleyman Soylunun sözlərinə görə, zəlzələdən sonra 332 çadır şəhərciyi yaradılıb. 123 min 601 nəfər isə məktəb binalarına yerləşdirilib.