"Onlar nə istəyirlərsə, etsinlər, planımız, tutduğumuz yol üzərindən işləməyə davam edirik".
RegionTV.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Altılı masa"da baş verənləri şərh edərkən deyib.
"Biz bunun belə olacağını aylar əvvəl demişdik. Biz can dərdindəyik, bunlar isə mal-mülk", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan Cumhur İttifaqının seçkilərə hazır olduğunu bildirib.
Xatırladaq ki, "Altılı masa"da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib və razılıq əldə olunmayıb. İYİ Partiya sədri Meral Akşener "Altılı masa"ya dahil olan 5 siyasi partiyanın CHP lideri Kemal Kılıçdaroğlunu prezident seçkilərində vahid mamizəd seçilməsini təklif etdikdən sonra partiyasının danışıqlardan narazı qalaraq "Millət İttifaqı"nı tərk etdiyini açıqlayıb.