"İmamımı, böyüyümü, ağamı itirdim".
RegionTV.info xəbər verir ki, bu sözləri vəfat edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin oğlu Hüseyn Həsənli Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində deyib.
"Başımızın üstündə bir nur idi. Bioloji ata ilə yanaşı, həm də mənəvi ata idi. Burada olan insanlardan çoxu Hacıya mənəvi ata olaraq yanaşırdı", - deyə o bildirib.
Daha ətraflı verilişi təqdim edirik: