Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə görüşüb.
RegionTV.info xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında video paylaşıb.
"Bu dəhşətli müharibənin ilk günlərindən Ukraynanı dəstəkləməkdə liderliyinizə və Avropa Parlamentinin qəbul etdiyi mühüm qərarlara görə sizə təşəkkür edirəm", - deyə Ukrayna Prezidenti bildirib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan Metsola ikinci dəfədir ki, bu ölkəyə səfər edir.