Türkiyəli sənətçi Serdar Ortaç Çinin xarici işlər naziri Vanq Yiyə bənzərliyi ilə xeyli marağa səbəb olub.
Region.tv.info xəbər verir ki, koronavirusla bağlı açıqlama verən nazir Vanq bütün diqqətləri üzərinə çəkib.
Bir müddət əvvəl özünə bənzəyən Çinli əsgərin fotosunu sosial media hesabında paylaşan Serdar bu dəfə Çinin xarici işlər nazirinə bənzədilib.
Sosial media istifadəçilərinin bəziləri onların fotolarını müqayisə edərək “insan dünyaya cüt gəlir” şərhini yazıblar.
Xəbəri paylaş