Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

​​​​​​​Rəşad Dağlının həbs müddəti artırılıb - FOTO

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə meyxanaçının vəkili Elvin Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.

*** 12:45 

Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi başlayıb.

RegionTV.info  xəbər verir ki, proses Qaradağ Rayon Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə keçirilir.

*** 11:51

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün növbəti dəfə məhkəməyə gətirilib.

RegionTV.info  xəbər verir ki, bu gün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.

Xatırladaq ki, R.Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qətli törədəndən sonra R.Dağlı könüllü olaraq polisə təslim olub və qətl hadisəsini törətdiyini etiraf edib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də