Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha üç rayonda şəhid ailələrinə təqaüd kartları təqdim edilib






Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri ilə görüşləri davam etdirir.

Bu dəfə Nazirliyin Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Lənkəranın Ürgə kəndində şəhid polkovnik-leytenant Mehman Şirvanovun, Masallı rayonunda şəhid Murad Nefesovun və Biləsuvarın Nəsimi kəndində şəhid Seyran Vəliyevin ailələrində olublar.

Hər üç şəhid ailəsinə Prezidentin aylıq təqaüdü, sosial müavinətlər artıq təyin edilib. Fondun sədr müavini Mətin Əsgərli bu barədə şəhid ailələrinə məlumat verib, təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib.

Şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri onların diqqətinə çatdırılıb. İstədikləri halda bu tədbirlərdən necə faydalanmaları olduqları, ümumilikdə gələcəkdə yaşayışlarının daim diqqətdə saxlanacağı barədə məlumat verilib.

Şəhidlərin ailələrinin sosial vəziyyətləri öyrənilib, onların ailə üzvlərinin məşğulluq və özünüməşğulluq yönümündə gələcəkdə müvafiq dəstək tədbirləri ilə əhatə olunmaları üçün qeydlər aparılıb.


















Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də