Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Milli Karate Federasiyasına yeni baş katib təyin olundu - FOTO

RegionTV.info

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi bəlli olub.

Federasiyadan verilən məlumata görə, bu post Qabil Sayadova tapşırılıb.

O, ötən il noyabrın sonunda bu vəzifəyə təyin edilmiş Camal Murtuzəliyevi əvəzləyib.

Qeyd edək ki, WFKU (World Full Contact Karate Union)-nun Azərbaycanda rəsmi nümayəndəsi, Avropa Kyokuşin Karate Təşkilatının kata və kumite üzrə A kateqoriyalı referisi, beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimi Q.Sayadov, həmçinin Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olmuş, Xətai İdman Mərkəzi və Araz-Zəngilan Peşəkar İdman Klubunun təsisiçisi və rəhbəridir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də