Birləşmiş Ərəb Əmirlikləri Yəmənin qərb sahillərini yuyan Babül-Məndəb boğazındakı bir adada hərbi baza və təyyarələr üçün uçuş zolağı tikmək istəyir.
RegionTV.info xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal məlumat yayıb.
Mənbələr bildiriblər ki, BƏƏ ötən ilin dekabrında Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti ilə saziş imzalayıb.
Müqavilənin şərtləri əmirlik qüvvələrinə qaçılmaz təhlükə zamanı ölkənin işlərinə müdaxilə etməyə, yəmənli hərbi personalı BƏƏ-də öyrətməyə və kəşfiyyat əməkdaşlığını dərinləşdirməyə imkan verir.
Qeyd olunub ki, BƏƏ həmçinin Qırmızı dənizin cənubundakı Babül-Məndəb boğazındakı bir adada hərbi baza və hava zolağı tikməyə çalışır.
Lakin Səudiyyə Ərəbistanının yüksək rütbəli rəsmiləri BƏƏ-Yəmən razılaşmasına və boğazda hərbi baza tikmək planlarına fərdi olara etiraz ediblər.
Krallıq hesab edir ki, Əmirlik hakimiyyətinin planları Ər-Riyadın əsas vəzifəsinə - Səudiyyə-Yəmən sərhədində 1,3 min km uzunluğunda təhlükəsizliyin təmin edilməsinə və husilərin pilotsuz uçuş aparatlarından istifadə edərək həyata keçirdiyi raketlər hücumların dayandırılmasına qarşı işləyir.