RegionTV.info
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş İYİ Partiya sədri Meral Akşenerin onlara Türkiyədə 14 mayda nəzərdə tutulan Prezident seçkilərində namizədliklərini irəli sürməklərinə dair etdiyi çağırışını rədd ediblər.
İki CHP-li bələdiyyə sədri bununla bağlı “Twitter“ hesaplarında paylaşım ediblər.
“İradəmizi ittifaq masasında təmsil edən cənab Kılıçdaroğlunun və Millət İttifaqının böyüyüb çoxalacağına şübhəm yoxdur”, - deyə Ə. İmamoğlu bildirib.
M. Yavaş da öz növbəsində sosial şəbəkə vasitəsi ilə mövqeyini bildirib: "İndiyə qədər verdiyimiz açıqlamalarda, başqanımız cənab Kamal Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirdik. Eyni mövqedəyik. Ümidimiz odur ki, Millət İttifaqı hər bir tərəfdaşı ilə birlikdə yoluna davam edəcək”.