Avropa Parlamentinin sədri Roberta Metsolanın Ukraynanın paytaxtı Kiyev şəhərinə səfəri başlayıb.
RegionTV.info xəbər verir ki, bu barədə qadın diplomat tviter səhifəsində yazıb.
“Ukraynaya qayıtmaq çox xoşdur. Dəyərlərimiz üçün hər şeyi qurban verənlərlə birlikdə olmaq yaxşıdır. Evi Avropa Birliyi olan avropalılarla”- deyə, o bildirib.
Qeyd edək ki, avropalı siyasətçilər ənənəvi olaraq Kiyevə səfərlərini təhlükəsizlik baxımından əvvəlcədən elan etmirlər.