ABŞ Prezidenti Cozef Bayden uğurla əməliyyat olunub, onun dərisində bədxassəli şiş çıxarılıb.
RegionTV.info xəbər verir ki, bu barədə onun həkiminə istinadən Reuters agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, fevral ayında aparılan biopsiya Amerika liderində bazal hüceyrəli karsinomanın (dəri xərçəngi – Red) olduğunu təsdiqləyib.
Bayden müəyyən müddət dermatoloqun nəzarətində olacaq.