
Bu il (yanvarın 4-nə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1,74 mln. barelə yaxın neft yola salınıb.
Bu barədə BIL-dən bildirilib.
Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin nefti nəql edilir.
Məlumata əsasən, bu il terminalda 2 tanker yüklənilərək yola salınıb.
Qeyd edək ki, Ceyhan neft terminalından bu günədək 3,57 mlrd. bareldən artıq neft yola salınıb və 4 661 tanker yüklənilib.
Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.