Birləşmiş Ərəb Əmirlikləri Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq niyyətində deyil.
RegionTV.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Birləşmiş Ərəb Əmirliklərinin bir neçə yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin mənbələrindən birinin bildirdiyinə görə, BƏƏ səlahiyyətliləri bir neçə ildir ki, hansı ittifaqların ölkənin uzunmüddətli maraqlarına daha uyğun olacağını düşünür və zaman-zaman həqiqətən də OPEC-dən çıxmaq məsələsini gündəmə gətirirlər.
Buna baxmayaraq, hazırda BƏƏ təşkilatı tərk etmək niyyətində deyil, çünki belə bir qərarın mənfi cəhətləri müsbət tərəfləri üstələyir.
“BƏƏ qəfildən OPEK-dən çıxsa, bu, təkcə ölkənin ən böyük ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı ilə deyil, həm də Küveyt və İraq kimi Fars körfəzindəki digər müttəfiqlərlə siyasi fikir ayrılığına səbəb ola bilər” - məqalədə deyilir.
Daha əvvəl “The Wall Street Journal” adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, BƏƏ Səudiyyə Ərəbistanı tərəfindən məhdudlaşdırılan neft hasilatını artırmaq üçün OPEC-dən çıxmaq ehtimalı ilə bağlı daxili müzakirələr aparır.